Bakıda çoxmərtəbəli evin dayanacağında aksiz markasız spirtli içkilər aşkarlanıb


Digərləri 15 Noy 2019 08:38:00 302 0

Bakıda çoxmərtəbəli evin dayanacağında aksiz markasız spirtli içkilər aşkarlanıb

Gömrükçülər xeyli miqdarda aksiz markasız müxtəlif növ alkoqollu içkilərin realizə edilməsinin qarşısını alıblar.

Son.az Trend-ə istinadən bildirir ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə Gürcüstandan ölkəmizə qanunsuz yollarla gətirilən alkoqollu içkilərin Bakı şəhəri ərazisində bir qrup şəxs tərəfindən realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin məlumat əsasında Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən 17 mərtəbəli yaşayış binasının yeraltı dayanacağında əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bu zaman yeraltı dayanacaqdakı iki otaqlı qarajda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan hər biri 1 litrlik olmaqla 268 ədəd "Moskovskaya", 7 ədəd "President", 10 ədəd "12 Ouzo" və 217 ədəd "Vodka Marya Morevna" markalı spirtli içkilər aşkar edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində, ölkə ərazisinə qanunsuz yollarla gətirilən aksiz markasız alkoqollu içkilərin realizə olunması işinə rəhbərlik edən şəxs təhqiqata cəlb edilib.