İsrail "İslam cihadı"nı vurdu


Dünya 15 Noy 2019 08:22:00 358 0

İsrail "İslam cihadı"nı vurdu

İsrail ordusunun Hərbi Hava Qüvvələri Qəzza zolağında radikal Fələstin qruplaşması "İslam cihadı"nın mövqelərinə hava zərbələri endirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda bildirilir: "Hazırda İsrail ordusu "İslam cihadı" terrorçularının obyektlərinə hücum edir". Qeyd edilir ki, hücum fələstinli radikallar tərəfindən İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq həyata keçirilir.

Qeyd edək ki, İsrail "İslam cihadı" radikal qruplaşmasının terror təşkilatı hesab edir.