Bakıda 20 yaşlı gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb


Digərləri 15 Noy 2019 07:15:00 326 0

Bakıda 20 yaşlı gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Bakının Yasamal rayonunda binadan yıxılan şəxs ağır xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Zahid Xəlilov küçəsində yerləşən beşmərtəbəli binanın yaxınlığında baş verib.

1999-cu il təvəllüdlü Hüseynov Fuad Müqabil oğlu hündürlükdən yıxılaraq yaralanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. F.Hüseynova qapalı kəllə-beyin travması, onurğa sütununun sınması diaqnozu qoyulub. Həkimlərin verdiyi məlumata görə, yaralı affekt vəziyyətindədir.