Peyğəmbərimizin Həzrət Xədicə (s.ə) ilə ailə qurması günüdür


Digərləri 14 Noy 2019 23:45:00 316 0

Peyğəmbərimizin Həzrət Xədicə (s.ə) ilə ailə qurması günüdür

Həzrət Peyğəmbərin (s) dünya və axirət sirdaşı olan Həzrət Xədicə (s.ə) Qureyşin tanınmış şəxsiyyətlərindən idi. Bir gün xanım öz möhtəşəm sarayında yəhudi bir alimlə elmi mövzuda müzakirə edirdi. Bu zaman yəhudi alimin gözü küçədən keçən bir cavana sataşdı və xanıma dedi: "Bu cavan - peyğəmbərlərin (ə) sonuncusudur. Xoş olsun o xanımın halına ki, bu cavanla ailə quracaq. Çünki hər iki dünyada şərafət və izzətə çatacaqdır".

Alimin sözləri Xədicənin (s.ə) ürəyində İlahi bir alov yandırdı və banu öz müdrik siyasəti ilə Peyğəmbərə (s) xəbər göndərdi. Bu xəbərdə yazmışdı: "Mənim ticarət karvanım Şama gedir. Sizdən xahiş edirəm ki, karvanımla bir yerdə olmağı qəbul edəsiniz". Həzrət (s) də qəbul edir.

Səfərdən sonra Həzrət Xədicənin (s.ə) xidmətçisi Peyğəmbərin (s) əxlaqı və rəftarını o qədər xanıma tərifləyir ki, banu ona aşiq olur. Ona görə də Həzrət Peyğəmbərə (s) buyurur: "Qohumluq əlaqələrinə görə sizin şəxsiyyət, əmanətdarlıq və düzlüyünüzə muştaq olmuşam". Banu Həzrətlə (s) ailə qurmaq istəyini bildirir və Peyğəmbər (s) də bu mübarək təklifi qəbul edir.

Həzrət Xədicənin (s.ə) evində nikah bağlanır. Əbu Talib deyir: "Muhəmməd (s) - mənim qardaşım oğludur. Əgər məqamını Qureyşdən olan hər bir insanla ölçsək, ondan üstünü olmaz. O, Xədicə (s.ə) ilə evlənməyə muştaqdır, banu da razılıq vermişdir. Şəhadət verin ki, Xədicə (s.ə) Muhəmmədlə (s) nikah bağlamağı qəbul etmişdir. Mehriyyəsini öhdəsinə götürmüşdür".

Müşriklərdən biri tənə vurmaq üçün deyir: "İndiyə qədər belə şey görməmişik ki, qadın mehriyyəsini öz öhdəsinə götürsün". Əbu Talib deyir: "Bəli, əgər kişilər sizin kimi olsa, ağır mehriyyədən başqası ilə sizinlə evlənməzlər".

(adsgarden = window.adsgarden || []).push({});