Qaxda sərxoş gənc restoranda qadını döyüb


Digərləri 14 Noy 2019 23:12:00 362 0

Qaxda sərxoş gənc restoranda qadını döyüb

Qax rayonunda sərxoş şəxs qadına qarşı xuliqanlıq edib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun mərkəzindəki "Qafqaz" restoranında baş verib.

Restoranda spirtli içki qəbul edən rayon sakini, 1990-cı il təvəllüdlü Qəşəm Yadulla oğlu Xəlilov spirtli içkinin təsirinə düşərək səs-küy salıb. Q.Xəlilov həmin vaxt restoranda olan rayon sakini Kəmalə Cəfərovaya hücum edərək onu döyüb. Hadisə yerinə gələn polislər Q.Xəlilovu nizam-intizama dəvət etsələr də, cəhdləri boşa çıxıb. Polis əməkdaşlarını da təhqir edən sərxoş şəxs restorandan çıxaraq küçədə avtoxuliqanlıq etməyə başlayıb.

Qax rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının səyi nəticəsində süni tıxac yaradılaraq Q.Xəlilov saxlanılıb.