Zulkifl peyğəmbərin adı nə idi?


Digərləri 14 Noy 2019 22:50:00 491 0

Zulkifl peyğəmbərin adı nə idi?

Mərhum Qətəbələddin, Həzrət Əbdül-Əzimdən nəql edir ki, buyurub: "Bir gün İmam Cavada (ə) məktub yazdım və sual verdim:  "Həzrət Zulkifl ki, peyğəmbərlərdən olmuşdur, adı nə idi? O mürsəl peyğəmbərlərdən olmuşdur?".

İmam (ə) yazdığı məktubda belə cavab verir: "Allah, Öz bəndələrini hidayət etmək üçün 124 min peyğəmbər göndərmişdir. Onların 313 nəfəri mürsəl peyğəmbər olmuşdur. Zulkifl peyğəmbər də mursəl peyğəmbərlərdən idi.

O, Süleymandan (ə) sonra zühur edir. Həzrət Davud (ə) kimi insanların arasında bürhan olmadan hökm verərdi. Heç bir zaman qəzəblənməmişdir, məgər Allah rizası üçün.

Zulkiflin adı Uvidiyə olmuşdur. O, həmin peyğəmbərdir ki, adı Quranda zikr olmuşdur: "Və İsmaili, əl-Yəsəi və Zulkifli yada sal ki, hamısı yaxşılardan idilər. Quranda zikr olunmuşdur". ("Sad" 48).

(adsgarden = window.adsgarden || []).push({});