İldə bir neçə dəfə çiban çıxaranlar –


Digərləri 14 Noy 2019 22:05:00 444 0

İldə bir neçə dəfə çiban çıxaranlar –

Çiban partladıqda içərisindən irin axan və iltihabı daha da yayılan dəri infeksiyasıdır. İldə bir neçə dəfə çıxan çibanlar ümumi yayılmış bir problemdir.

Son.az medicina.az-a istinadən bildirir ki, əksər insanlarda ildə bir dəfədən çox görülən çibanlar ciddi xəstəliklərdən xəbər verə bilər. "Staphylococcus aureus" adlı bakteriyalar çibanların çıxmağına səbəb olur.

Bundan əlavə çıbanın çıxmağına aşağıdakılar səbəb olur:   -diabet -tiroid (qalxanvari vəz) səbəbiylə həddindən artıq tərləmə -immunitet sisteminin zəifləməsi -böyrək çatışmazlığı -anemiya - xərçəng -ekzema - göbələk dəri xəstəlikləri   - uzun müddət hərəkətsiz qalma, oturaq həyat - qıcıqlanma və sürtünməyə səbəb olan dar geyimlər - sintetik parça, çirkli və mikroblar - sərt kimyəvi maddələrə məruz qalma -   uzun müddət yorğunluq, aclıq -həddindən artıq arıqlama - spirtli içki istifadəsi - vitamin və protein çatışmazlığına səbəb ola bilər

Çibanın əlamətləri:

- Dəridə noxud boyda şişkinlik - Ağrı və ya sızıltı - Şişkinliyin ortasında ağ və ya sarı irin

- Çibanın ətrafında temperaturun artması - Yorğunluq  - Qızdırma - Qaşınma, qızartı    

(adsgarden = window.adsgarden || []).push({});