Allahdan qorxmaq deyildikdə, nə nəzərdə tutulur?


Digərləri 14 Noy 2019 21:55:00 252 0

Allahdan qorxmaq deyildikdə, nə nəzərdə tutulur?

"Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs (özünün) sabah(ı) üçün qabaqcadan nə göndərdiyinə (qəlb gözü ilə) nəzər salmalıdır. Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır!". ("Həşr" 18).

Əlbəttə, bu həqiqəti qəbul etmək lazımdır ki, Allah nə zalımdır və nə də yersiz yerə heç kəsə cəza verməz. Ona görə də Allahdan qorxmaq deyildikdə, Allahın məqam və əzəmətinə mərifət əldə etmək nəzərdə tutulur.

Əmirəl-möminin (ə) namazlarının bəzisində özündən gedər və qəşş edərdi. İmam Səccad (ə) azan səsini eşidən zaman bədəni titrəyərdi. Çünki bu insanların Allahın əzəmətinə görə elmləri sonsuzdur. Onlar yaxşı bilirlər ki, Allah kimdir və nəyə qadirdir. Bu elm onları Allah qarşısında titrəməyə gətirib çıxardır.

Allah zalım deyildir ki, ondan qorxaq. Bəlkə Ona itaətsizliyə görə qəzəblənməyini təsəvvür etsək, istər-istəməz biz də xoflanarıq. İnsanın qorxmalı olduğu Allah deyildir, bəlkə Allahın uca məqamıdır. Biz Allaha aşiqik, ancaq məqamından qorxuruq. Çünki Onun nə qədər əzəmətli olduğunu bilirik.

İmam Sadiq (ə) yuxarıdakı ayənin təfsirində buyurur: "O kəs ki, bilər Allah onu görür, nə deyirsə eşidir, xeyir və şərdən nə yerinə yetirdiklərini bilir - bu diqqət etmək onu qəbahətli əməllərdən saxlayar. Bu, o kəsdir ki, Allahın məqamından qorxar, özünü nəfsani istəklərdən saxlayar".

Qüdsi hədisdə oxuyuruq: "İzzətimə and olsun ki, bəndəm üçün iki qorxunu birləşdirmərəm. Onun üçün iki əmin-amanlığı cəm etmərəm. Əgər bəndəm dünyada özünü Məndən amanda görərsə, onu Qiyamət günü qorxuya salaram. Əgər dünyada Məndən qorxarsa, Qiyamət günü onu amanda qərar verərəm".

"Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər". ("Ənfal" 2).

(adsgarden = window.adsgarden || []).push({});