Məsumluğun fəlsəfəsi nədir?


Digərləri 14 Noy 2019 21:40:00 238 0

Məsumluğun fəlsəfəsi nədir?

İlahi peyğəmbərlərin (ə) hamısı məsum olduqları üçün, hər cür şirk və küfrdən pak idilər. Bəs ismətin, məsumluğun fəlsəfəsi nədir?

Məsumluq - elə bir nəfsani sifət və batini mələkədir ki, məsum insanı hər cür xatadan və büdrəmədən qoruyur. İsmətin amili isə kamil imana malik olmaqdır. O kəs ki, Allahı və məadı tanımaqda ali məqama çatmışdır, batini gözü ilə Allahı müşahidə edə bilir. O, günahdan uzaqdır, öz iradəsi ilə Allaha itaət edir və nəfsani istəklərini kontrol etməyi bacarır, heç bir zaman bəndəlik cızığından kənara çıxmır.

Son.az deyerler.org-a istinadən bildirir ki, bundan əlavə, belə bir bəsirətə malik olan insanın batini qüvvəsi güclü olar. İlahi qanunları vəhy yolu ilə əldə edər. Onları qeybi xəzinə hesab edər. Belə bir insan günahdan uzaq olar.

Allah Təala Qurani-Kərimdə buyurur: "(Allah) qeybi biləndir və Öz qeybinin sirlərindən heç kimi agah etməz. Yalnız seçdiyi rəsuldan (peyğəmbərlərə göndərilən mələkdən və insanlara göndərilən peyğəmbərdən) başqa! (Allah onları agah edər). Allah onun önündən və arxasından (mühafizəçi mələklərdən ibarət olan) gözətçilər göndərər ki, (mələklərdən və bəşərdən olan rəsulları şeytanların əziyyətlərindən qorusun və)". ("Cinn" 26-27).

(adsgarden = window.adsgarden || []).push({});