"Alman polisi qardaşımı şübhəli şəxs qismində saxlayıb"


Digərləri 14 Noy 2019 21:22:00 292 0

"Alman polisi qardaşımı  şübhəli şəxs qismində saxlayıb"

"Qardaşım Əlövsət Əliyev alman polisi tərəfindən şübhəli şəxs qismində saxlanılıb".

Son.az modern.az-a istinzadən bildirir ki, bunu "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Almaniyada qanunsuz miqrant daşınmasında adı hallanan qardaşı Əlövsət Əliyevlə bağlı danışarkən bildirib.

Ş.Xuduoğlu qardaşının tez bir zamanda azad olunacağına inandığını deyib: "Əlövsət son dərəcə ağıllı və öz işini bilən adamdır. O, yardım istəyən hər bir azərbaycanlıya kömək etməyə çalışıb. Məsləhət verib. Çünki o hüquqşünasdır, eləcə də ictimai xadimdir.

Adım kimi əminəm, o heç bir çirkin oyunun iştirakçısı deyil. O, hüquqazidd heç bir hərəkət edə bilməz".

O, alman hüquq mühafizə orqanlarının tez bir zamanda məsələni araşdıracağına və Əlövsət Əliyevi sərbəst buraxacaqlarına inandığını bildirib.