Nazarbayev PutinZelenski görüşünün təşkilinə çalışır


Dünya 14 Noy 2019 21:11:00 266 0

Nazarbayev PutinZelenski görüşünün təşkilinə çalışır

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Kiyev və Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılar arasında müharibə ilə əlaqədar olaraq gərginliklərin azaldılması məqsədilə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüşün təşkil edilməsi təklifi ilə çıxış edib.

"Zelenski artıq təkbətək görüşə razılıq verib və mən Rusiya prezidentini bu haqda məlumatlandırmışam. Görək nə olur" - deyə, Nazarbayev Qazaxıstan paytaxtı Nur-Sultanda beynəlxalq siyasətə dair konfransda bildirib.

Lakin Moskva görüş təklifinə soyuq yanaşıb. Kreml bildirib ki, belə bir görüşə yaxşı hazırlıq lazımdır və "görüş xatirinə görüşün keçirilməsi məqsədə çox az xidmət edə bilər".