Tehranda məktəblər və uşaq bağçaları bağlandı


Dünya 14 Noy 2019 21:14:00 306 0

Tehranda məktəblər və uşaq bağçaları bağlandı

İranın paytaxtı Tehranda havanın çirkliliyi təhlükəli həddə çatdığına görə, çərşənbə günündən etibarən məktəblərin bağlanmasına göstəriş verilib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, qubernator Ənuşirəvan Möhseni-Bəndpəy şəhərin Qarçak, Pişva və Varamin rayonlarında uşaq bağçaları, məktəbəqədər ocaqlar və ibtidai məktəblərin bağlanacağını bildirib.

"Tehran şəhərinin havası həssas qruplar üçün keyfiyyət indeksi statusundan keçməyib" - deyə, İRNA dövlət xəbər agentliyi qubernatora istinadən bildirib.

Onun sözlərinə görə, havaya buraxılan təhlükəli hissəciklərin orta konsentrasiyası şəhərdə hər kub-metr üçün 133 mikro-qrama çatıb və 10 rayonda onun həcmi daha yüksək, 150-yə qədərdir.