Klinikalarda boşuna təyin olunan analizlər –


Digərləri 14 Noy 2019 21:05:00 297 0

Klinikalarda boşuna təyin olunan analizlər –

Tibbi təcrübədə boşuna verilən, təyin olunan, vaxt və pul itkisi hesab edilən analizlərin qara siyahısı hazırlanıb. Onları vermək və nəticələri xəstənin müalicəsinə elə də qiymətli məlumat vermir.

Son.az medicina.az-a istinadən bizim klinikalarda da az qala hər xəstəyə təyin olunan analizlərin qara siyahısını təqdim edir:

1.Disbakterioz təyini üçün əkmə analizi

Disbakterioz adlı xəstəlik Dünya Səhiyyə Təşkilatının siyahısında olmadığı kimi belə analiz də mövcud deyil. Qarın işləməsi, pozulması, ishal, qıcqırma zamanı bağırsaq mikroflorasında zərərli və faydalı bakteriyaların miqdarını yoxlamaq üçün nəcis əkməsi verilir. Daha çox uşaqlarda bu analiz təyin olunur.

Analiz heç bir dəqiq informasiya vermir, çünki bağırsaqda 2000-dən çox bakteriya növü yaşayır, analiz materialına isə cəmi 150-200 növü düşə bilər. Laboratoriya isə cəmi 20 növ bakteriyanı təyin edə bilir. Ona görə, bu analiz absurd və mənasızdır, bağırsaqların xəstəliyini göstərmir, müalicəyə əsas vermir.

2.Qanda vitamin D təyini analizi

Bu gün hər kəsi bu analizə göndərirlər. Qiyməti də ucuz deyil. İnsafən Azərbaycan  günəşdən kasad ölkə olmasa da, əhalisi D vitamini defisiti yaşayır. Bu analizi həqiqətən əlamətlər və zahiri simptomlarla D vitamini əskikliyinə şübhə olanda verirlər.

Əgər insan normal qidalanırsa, küçədə, açıq havada çox olursa, yayda günəş şüası alırsa, D vitamini normaya yaxın olmalıdır. Amma qış aylarında hər bir kəs D vitamini və Bad qəbul etməlidir.

Risk qrupuna daxil insanlar:

-Bütün günü qapalı şəraitdə işləyənlər -Evdən, ofisdən çölə az çıxanlar -Yaşlılar, hamilələr -İmmun xəstəliyi olanlar -Qanda fosfor və kalsiumu az çıxanlar -Yeni doğulmuşdan 3 yaşa qədər körpələr -Osteoporozu olanlar    

3.İmmunoqramma

Bu analizlə immun sistemin aktivliyini göstərən antitel və digər maddələrin sayı yoxlanılır. Bu  tez-tez xəstələnən və zəif insanlara təyin edilir. Əslində isə bu analiz effektsizdir, həkimə dəqiq məlumat vermir, çünki immun sistemi yoxlamağa heç bir analizin gücü yetməz.

Əgər siz ciddi immun çatışmazlığı xəstəliyindən əziyyət çəkmirsizsə, normal insanlar kimi yaşayırsızsa, deməli, sizin immunitetiniz işləyir, onu bahalı analizlə yoxlamağa gərək yoxdur.

Hətta analizdə normadan yayınmalar görünsə də, siz onu düzəltmək üçün heç nə edə bilməyəcəksiz. Nə bahalı immun dərmanları, siroplar, nə xalq təbabəti immun sistemi möhkəmlətmir.

(adsgarden = window.adsgarden || []).push({});