Dələduzluqda təqsirləndirilən "falçı" müfəttişin əməlləri


Digərləri 14 Noy 2019 20:59:39 234 0

Dələduzluqda təqsirləndirilən "falçı" müfəttişin əməlləri

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən İbrahim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən İbrahim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Bağırov 8 il azadlıqdan məhrum edilib. İttihama görə, Fövqəladə Hallar Nazirliyində inspektor vəzifəsində işləyən İ.Bağırov özünü müxtəlif qurumların vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşlardan işə düzəltmək adı ilə pul alıb və vədinə əməl etməyib. (adsgarden = window.adsgarden || []).push({}); İ.Bağırov eyni zamanda Qaratel Əhmədova və onun qohumlarından müxtəlif adlarla, o cümlədən, cadu pozmaq adı ilə pul və qızıl əşyaları alaraq, dələduzluq etməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin