Mühacir alverinə görə həbs edilən eksrəis keçən həftə Bakıda toyda olub


Digərləri 14 Noy 2019 18:54:00 275 0

Mühacir alverinə görə həbs edilən eksrəis keçən həftə Bakıda toyda olub

Dünən Almaniyada mühacir alverinə görə həbs edilən Elçin Əkbərovla bağlı yeni iddialar ortaya çıxıb.

Son.az xəbər verir ki, qardaşı Elnur Əkbərov qafqazinfo-ya müraciət edərək bildirib ki, onun Elçinlə biznes ortağı olması barədə deyilənlər doğru deyil. 

Elnur Əkbərov qardaşı Elçinin bir neçə gün əvvəl Bakıda olduğunu vurğulayıb: "Noyabrın 9-da "Yağmur" mebel dükanlarının sahibi, xalam oğlu Sadıqın oğlunun toyu idi. Elçin də qızı ilə toya gəlmişdi. Mən ayrı stoldaydım, Elçinlə heç nə danışmadım".

Elnur Əkbərov qardaşının ona 610 min dollar pul "atdığını" deyib. O qeyd edib ki, 2013-cü ildə Elçin Almaniyaya getməyə hazırlaşanda "Aysun" restoranını ona 150 min manata satıb: 

"Banklardan kredit götürüb obyekti aldım. Sənədlər icranın sərəncamı idi, alqı-satqı müqaviləsi ilə mən onu aldım. Sonra 150 min manat təmirə xərc çəkdim. 2015-ci ildə "kupça" almaq üçün BTE-yə müraciət etdim. Bir müddət sonra zəng elədilər ki, gəl "kupça"nı apar. Ora gedəndə dedilər ki, "kupça"nı artıq götürüblər. Deməli, restoran Elçinin arvadı Əkbərova Pərvin Aydın qızının adına idi. Amma sonra sənədlərini  dəyişib özünü Əkbərzadə Sevda Aydın qızı etmişdi. Pərvin köhnə, etibarsız pasportu ilə məndən əvvəl "kupça"nı götürmüşdü. O vaxtdan restoran onlarda qaldı, indi  həmin restoranı arendaya veriblər. Sonra mən məhkəməyə müraciət etdim, Nizami Rayon Məhkəməsi də, apellyasiya da, Ali Məhkəmə də mənim əleyhimə qərar verdi. Dedilər "kupça" onun adınadırsa, deməli, obyekt onundur. Mənim alqı-satqı müqaviləmə baxan olmadı".

E.Əkbərov deyib ki, məsələ ilə bağlı Prezidentə müraciət etdikdən sonra Nizami rayon Polis İdarəsində qardaşına qarşı külli miqdarda dələduzluq etmək maddəsi ilə cinayət işi başlanılıb: "Elçinə "Stop" qoymuşdular, sonra götürdülər, o da Almaniyaya getdi".