Gəncədə “Mazda” aşdı: bir ölü, üç yaralı


Digərləri 14 Noy 2019 18:34:00 307 0

Gəncədə “Mazda” aşdı: bir ölü, üç yaralı

Gəncə şəhərində ağır yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində, Aeroport istiqamətində gedən yolda qeydə alınıb.

Aeroport istiqamətində hərəkətdə olan "Mazda" markalı minik maşını idarəetməni itirərək aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Avromobildə olan 3 sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində 1991-ci il təvəllüdlü Sənan Qurbanov aldığı xəsarətdən hadisə yerindəcə keçinib. 

Faktla bağlı araşdırma aparılır.

Fotolar: oxu.az