Ariel Koen: Trans-Xəzər boru kəməri layihəsinin inkişafı üçün Türkmənistan Azərbaycanla işləməlidir


Digərləri 14 Noy 2019 18:12:00 261 0

Ariel Koen: Trans-Xəzər boru kəməri layihəsinin inkişafı üçün Türkmənistan Azərbaycanla işləməlidir

Türkmənistan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Xəzər boru kəməri layihəsi texniki olaraq asan icra olunandır.

Bakı. Ləman Zeynalova - Türkmənistan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Xəzər boru kəməri layihəsi texniki olaraq asan icra olunandır. Bunu Trend-ə Atlantika Şurasının böyük elmi işçisi və “International Market Analysis Ltd”nin təsisçisi Ariel Koen deyib. O bildirib ki, Türkmənistan qaz yataqlarını ixrac qaz kəmərinə bağlayacaq layihə uzun illər müzakirə olunub: “Bu layihəni texniki olaraq reallaşdırmaq çox asandır. Bunun üçün sadəcə Xəzərin Türkmənistan və Azərbaycan sektorları arasında 120 kilometrlik boru kəməri çəkmək tələb olunur”. Ekspert bildirib ki, bu, həyat qabiliyyətli layihədir: “Avropalılar bu məsələdə böyük rol oynamalıdır və daha qətiyyətli və inadkar olmalıdır. Layihənin inkişafı üçün Türkmənistan Azərbaycanla və layihəyə cəlb oluna biləcək beynəlxalq neft-qaz şirkətləri ilə işləməlidir”.