Azərbaycanla Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib


Siyasət 14 Noy 2019 17:31:00 394 0

Azərbaycanla Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında 2019-cu il oktyabrın 14-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilir.

Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərsin.