SanktPeterburqdan Bakıya yeni aviareys açılıb


Digərləri 14 Noy 2019 16:39:00 247 0

SanktPeterburqdan Bakıya yeni aviareys açılıb

Rusiyanın "Smartavia" şirkəti Sankt-Peterburqun Pulkovo hava limanından Bakıya müntəzəm reyslər keçirməyə başlayıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə şirkətin mətbuat xidmətindən məlumat veriblər.

Reyslər bu gündən başlayaraq həftədə iki dəfə - cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Uçuşların cədvəli 2020-ci ilin martınadək tərtib olunub.