Azərbaycanlı sürücü Rusiyada qəzaya düşdü


Digərləri 14 Noy 2019 15:41:00 293 0

Azərbaycanlı sürücü Rusiyada qəzaya düşdü

Rusiya Federasiyasının Dağıstan Respublikasında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Həştərxan-Mahaçqala magistralında qeydə alınan qəza zamanı "Kia Rio" markalı minik maşını əks yola çıxaraq, "Mercedes" markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin 32 yaşlı sürücüsü hadisə yerində ölüb. Yük maşınının 39 yaşlı Azərbaycan vətəndaşı tərəfindən idarə edildiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.