Milli Məclisin deputatları Belarusda parlament seçkilərini müşahidə edəcək


Digərləri 14 Noy 2019 15:53:00 258 0

Milli Məclisin deputatları Belarusda parlament seçkilərini müşahidə edəcək

Milli Məclisin bir qrup deputatı Belarusda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu gündən Minskdə səfərdə olacaqlar.

Bakı. Elçin Mehdiyev - Milli Məclisin bir qrup deputatı Belarusda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu gündən Minskdə səfərdə olacaqlar. Trend-in məlumatına görə, millət vəkilləri Sahibə Qafarova AŞPA-nın xətti ilə, Xanlar Fətiyev MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində, Tahir Mirkişili isə ATƏT PA-nın beynəlxalq müşahidəçilər missiyasının tərkibində prosesə qatılacaqlar. Deputatlarımız digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrinə gedəcək, orada yaradılmış şəraitlə yaxından tanış olacaq, vətəndaşların fəallığını izləyəcəklər. Səfər noyabrın 18-də başa çatacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin