Bakıda iki maşın toqquşdu:


Digərləri 14 Noy 2019 15:05:00 280 0

Bakıda iki maşın toqquşdu:

Bakıda yol-nəqliyyat hadisəsində bir nəfər xəsarət alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Xətai rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir nəfər qadın xəsarət alıb. O təcili tibbi yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, yaralanan şəxs 1981-ci il təvəllüdlü Ağayeva Səbinə Oqtay qızıdır. Ona diz və çiyinin əzilməsi diaqnozu qoyulub.

Qadın həkimlərin ilkin tibbi yardımından sonra ambulator müalicəyə yola salınıb.