Azərbaycanda sənaye məhsulu istehsalı artıb


Digərləri 14 Noy 2019 14:42:00 269 0

Azərbaycanda sənaye məhsulu istehsalı artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-oktyabr aylarında 38,1 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilib.

Son.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14,5 faiz artıb.

Sənaye məhsulunun 70,3 faizi mədənçıxarma sektorunda, 24,9 faizi emal sektorunda, 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 3,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 27,8 faiz artıb.