Rusiyada azərbaycanlı tanışı ilə birlikdə qaraj oğurladı


Kriminal 14 Noy 2019 14:55:00 241 0

Rusiyada azərbaycanlı tanışı ilə birlikdə qaraj oğurladı

Rusiyanın Həştərxan vilayətində oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunlar 32 yaşlı vilayət sakini və tanışı, 38 yaşlı Azərbaycan vətəndaşıdır. 

Məlumata görə, onlar avqust ayında vilayətdəki qarajlardan birindən oğurluq etməkdə şübhəli bilinirlər.

Polisdən bildirilib ki, saxlanılan şəxslər nəinki əşyaları, hətta dəmir qarajın özünü də oğurlayıblar. 

Ümumilikdə dəyən zərərin 200 min rubldur (5300 AZN - red.).