Rusiyada üz tanıyan bankomatlar quraşdırılacaq


Digərləri 14 Noy 2019 14:51:00 216 0

Rusiyada üz tanıyan bankomatlar quraşdırılacaq

Rusiyada yaxın zamanlarda üz tanıma funksiyaları olan bankomatlar quraşdırılacaq

Bakı. Rusiyada yaxın zamanlarda üz tanıma funksiyaları olan bankomatlar quraşdırılacaq. Trend-in məlumatına görə, pilot layihəsində reallaşdırılacaq bankomatlara xüsusi kameralar quraşdırılacaq. Müştəri bu bankomatlardan pul çıxarmaq üçün kart və ya mobil telefona ehtiyac duymayacaq. Banklar bu layihə çərçivəsində həm yeni bankomatlar quraşdıra, həm də mövcud bankomatları yeni avadanlıqla təchiz edə bilər.