Milli Məclisin və onun Aparatının 2020-ci il üçün xərclər smetası açıqlanıb


Digərləri 14 Noy 2019 14:44:10 241 0

Milli Məclisin və onun Aparatının 2020-ci il üçün xərclər smetası açıqlanıb

Azərbaycan Milli Məclisinin və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib.

Bakı. Elçin mehdiyev - Azərbaycan Milli Məclisinin və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib. Trend-in məlumatına görə, bunu Milli Məclisin 2020-ci il xərclər smetasının müzakirəsi zamanı parlamentin işlər müdiri Firidun Hacıyev deyib. F.Hacıyev bildirib ki, xərclər smetasının ümumi dəyərinin 79,7 faizi əməyin ödənişi fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir: “Son illər aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xarici səfərlərinin, eləcə də ölkədaxili ezamiyyətlərin sayı xeyli artıb. 1980-ci idlə quraşdırılmış elektrik yarımstansiyalarında yenidənqurma işlərinin aparılması və istismarı yararsız hala düşmüş avadanlıqların yenisi ilə əvəz edilməsi nəzərdə tutulub. Həmçinin informasiya texnologiyalarının inkişafı ilə əlaqədar Milli Məclisin inzibati binalarında, data mərkəzlərində avadanlıqların alınıb quraşdırılması, iclas zallarında elektron səsvermə sistemini idarə etmək üçün ayrılmış xüsusi otaqlarda yenidənqurma işlərinin aparılması tələb olunur”.