Şəmkirdə iki "VAZ" toqquşdu, ölən var


Digərləri 14 Noy 2019 14:34:00 253 0

Şəmkirdə iki "VAZ" toqquşdu, ölən var

Şəmkir rayonunun Çaparlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Şəmkir rayonunun Çaparlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 13-də saat 21 radələrində Şəmkir rayonunun Çaparlı kəndi ərazisində rayon sakinləri R.Məhərrəmovun və A.Məhərrəmovun idarə etdikləri “VAZ-2107” markalı 2 avtomobil toqquşub. Nəticədə R.Məhərrəmovun sərnişini olan atası Rəhim hadisə yerində ölüb. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin