Sahil Babayev Kürdəmir, müavinləri Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşəcəklər


Digərləri 14 Noy 2019 13:56:10 341 0

Sahil Babayev Kürdəmir, müavinləri Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşəcəklər

Noyabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kürdəmir rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.

Bakı. Noyabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kürdəmir rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək. Trend-in məlumatına görə, həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Ucar rayonunda, Mətin Kərimli isə Zərdab rayonunda vətəndaşlarla görüşəcəklər. Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.