Bakıda iki maşın toqquşdu - 38 yaşlı qadın xəstəxanalıq oldu


Digərləri 14 Noy 2019 13:40:00 280 0

Bakıda iki maşın toqquşdu - 38 yaşlı qadın xəstəxanalıq oldu

Bakıda yol-nəqliyyat hadisəsində bir nəfər xəsarət alıb.

Bakı. Ceyhun Ələkbərov - Trend Bakıda yol-nəqliyyat hadisəsində bir nəfər xəsarət alıb. Trend-in məlumatına görə, Xətai rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir nəfər qadın xəsarət alıb. O təcili tibbi yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Mərkəzdən Trend-ə verilən məlumata görə, yaralanan şəxs 1981-ci il təvəllüdlü Ağayeva Səbinə Oqtay qızıdır. Ona diz və çiyinin əzilməsi diaqnozu qoyulub. (adsgarden = window.adsgarden || []).push({}); Qadın həkimlərin ilkin tibbi yardımından sonra ambulator müalicəyə yola salınıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin