Komitə sədri: "Vergi Məcəlləsinə 162 dəyişikliyin edilməsi nəzərdə tutulur"


Digərləri 14 Noy 2019 13:34:00 359 0

Komitə sədri: "Vergi Məcəlləsinə 162 dəyişikliyin edilməsi nəzərdə tutulur"

Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində iqtisadi inkişaf Vergi Məcəlləsinə dəyişiklikləri zəruri edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Z.Səmədzadə bildirib ki, Vergi Məcəlləsinə bu dəfə edilən dəyişikliklər miqyasına görə Azərbaycan tarixində ən mühüm dəyişikliklərdir.

Onun sözlərinə görə, Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulur:

"Dəyişikliklər Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıyır. Burada, həmçinin şəffaf fiskal, rəqabət mühitinin təmin edilməsi, əmtəəsiz əməliyyatların, vergidən yayınmaların qarşısının alınması və digər məsələlərlə bağlı kompleks tədbirlər nəzərdə tutulur".