“Sevgi şərbəti” operasının tamaşası olacaq


Kriminal 14 Noy 2019 13:02:00 330 0

“Sevgi şərbəti” operasının tamaşası olacaq

Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında  Qaetano Donisettinin "Sevgi şərbəti" operasının tamaşası olacaqdır.

Görkəmli italyan bəstəkarı Q.Donisetti İtaliya opera sənətinin ənənələrini davam etdirərək 65 opera tamaşasının musiqisini araya-ərsəyə gətirib. Onun yaradıcılığının ən parlaq dövrü XIX əsrin 30-40-cı illərinə təsadüf edir. Bəstəkara dünya şöhrəti qazandıran "Sevgi şərbəti" operası da məhz bu illərdə yaranıb. Opera çox qısa müddətdə - cəmi iki həftə ərzində yazılıb və ilk dəfə 1832-ci ildə Milanda səhnəyə qoyulub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında  "Sevgi şərbəti" operası 2013-cü ildə tamaşaya qoyulmuş və maraqlı süjet xətti, ecazkar musiqisi ilə operasevərlər tərəfindən rəğbətlə qarşılanıb.

Noyabrın 23-də keçiriləcək tamaşada Opera və Balet Teatrının aparıcı solistləri - Azərbaycanın Əməkdar artistləri İnarə Babayeva (Adina), Fərid Əliyev (Nemorino), Cahangir Qurbanov (Belkore), Xalq artisti Əkrəm Poladov (Dulkamara) və b. iştirak edəcəklər.