Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi


Digərləri 14 Noy 2019 11:54:00 241 0

Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax Rayon Polis Şöbəsinin  Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, əmrə əsasən polis baş leytenantı Məmmədov Vüqar Tapdıq oğlu Qazax rayon Dövlət Yol Polis Bölməsinin rəisi təyin edilib.

V.Məmmədov bu vəzifədə polis mayoru Həsənov Eldəniz Maksim oğlunu əvəz edib.