Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən spirtli içkilər aşkarlanıb (FOTO)


Digərləri 14 Noy 2019 12:22:00 280 0

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən spirtli içkilər aşkarlanıb (FOTO)

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 37 ədəd spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 37 ədəd spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "VAZ-21099" və "Hyundai Coupe" markalı avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən hər biri 1 litrlik olmaqla cəmi 17 ədəd "Nemiroff", "Finlandia" və 20 ədəd "Koskenkorva Vodka" markalı spirtli içkilər aşkarlanıb