Asya evlənir FOTO


Şou-biznes 14 Noy 2019 11:58:00 440 0

Asya evlənir  FOTO

Bir müddət əvvəl aktrisa Asya Atakişiyevanı sevgilisi aktyor Əmrah Dadaşovla görüntülənmişdik.

Son.az axşam.az-a istinadən bildirir ki, yayılan fotolardan sonra Ə.Dadaşov açıqlama verərək, bir neçə aydan sonra münasibətlərini ciddiləşdirəcəklərini demişdi.

Ötən gün cütlüyün "hə" mərasimi baş tutub. Bu barədə aktrisa özü paylaşım edib. O, elçilik zamanı gətirilən tortun fotosunu sosial media hesabında paylaşıb.

Qeyd edək ki, A.Atakişiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. İndiyədək "Həyat sən nə qəribəsən", "Qayınana", "Ata ocağı" kimi seriallarda rol alıb.