2700-dən artıq yaşayış binasında istilik sistemi yenidən qurulub - Azəristiliktəchizat


Digərləri 14 Noy 2019 11:27:00 178 0

2700-dən artıq yaşayış binasında istilik sistemi yenidən qurulub - Azəristiliktəchizat

Ötən illərlə müqayisədə "Azəristiliktəchizat" ASC-yə müraciətlərin sayı artıb.

Bakı. Samir Əli - Ötən illərlə müqayisədə "Azəristiliktəchizat" ASC-yə müraciətlərin sayı artıb. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədrinin müavini İlham Mirzəliyev deyib. Onun sözlərinə görə, 10 il əvvəl bəzi ev və obyektlər istilik üçün quruma müraciət etməkdə maraqlı deyildilər: "Əgər 10 il qabaq istilik təchizatının bərpası ilə bağlı 10-12 müraciət daxil olubsa, bu gün bu rəqəm il ərzində yüzlərlədir". İ.Mirzəliyevin sözlərinə görə, təmsil etdiyi qurumun 3 əsas strategiyası var: (adsgarden = window.adsgarden || []).push({}); "Bu vaxta qədər 170 istilik məntəqəsi yaradılıb, 1500-dən artıq yaşayış binasında, 400-dən artıq məktəbdə istilik sistemi qurulub. Ümumilikdə 2700-dən artıq yaşayış binasında istilik sistemi yenidən qurulub". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin