Hamiləlik zamanı dəmir defisitli anemiya


Digərləri 14 Noy 2019 11:00:00 260 0

Hamiləlik zamanı dəmir defisitli anemiya

Dəmir Defisitli Anemiya (DDA) dünyada ən çox rast gəlinən qida pozulmasıdır və bütün növ anemiyaların 50%-ni təşkil edir. DDA-nın diaqnozu dəmir ehtiyatları və hemoqlobinin səviyyəsinin aşağı olmasını təsdiq edən məlumatlara əsaslanır. Hamiləlik dövründə anemiyanın rast gəlinməsi təxminən 42%-dır, Azərbaycanda 2016-ci ildə bu göstərici 40% olub.Hər il dünyada ana ölümlərinin 20-40% DDA ilə əlqələndirilir.

DDA-nın risk faktorlarına bol aybaşı qanaxmaları, hamiləlik,xüsusən təkrar olan, laktasiya dövrü, pubertant dövrdə intensiv boy artma, tərkibində dəmiri az olan qida qəbuludur.DDA-nın yaranma səbəbləri - xroniki qanitirmələr, dəmirin sorulmasının pozulması, dəmirə tələbatın artması və dəmirin alimentar çatışmazlığıdır.

Dəmirə olan sutkalıq tələblər. İnsan orqanizmində təxminən 4q dəmir var.Dəmirə sutkalıq tələbat kişilər üçün - 10 mq, qadınlar üçün - 18 mq-dır (hamiləlik zamanı - 38 mq, laktasiya dövründə 33 mq). Hamiləlik zamanı çiftin və dölün dəmirətələbatıkəskin artır, bununla bağlı orqanizmə tələb olunan və daxilə qəbul olan lazımi mikroelementin miqdarı arasında disbalans yaranır. Dəmirə qarşı tələbat daimi artır: I üçaylıqda - 1 mq/sut, II üçaylıqda - 2 mq/sut, III üçaylıqda - 3-5 mq/sut. Əksər qadınların fizioloji hamiləliyin 28-30 həftəsində qanın plazmasının və eritrositlərin həcminin nisbəti qeyri-düzgün artması ilə əlaqədar anemiya yaranır. Hamiləlik zamanı, doğuş və laktasiya dövründə istifadə olunan dəmir ehtiyatlarının bərpası üçün ən azı 2-3 il tələb olunur.

Anemiya zamanı önplana hipoksiyanı bildirən süstlük, yorulma, yuxululuq, başgicəllənmə, dad hissinin təhrif olunması, dəri örtüyünün solğunluğu, dərinin quruluğukimi əlamətlər çıxır. Sonradan toxumalarda dəmirin azlığını bildirən əlamətlər: ağız bucaqlarında çatlar, dilin selikli qişasının hamarlaşması, dırnaqlar üzərində köndələn çatlar, saçların qırılması və tökülməsi, taxikardiya və funksional sistolik küy müşahidə olunur.