Fransada azərbaycanlı mühacir saxlanılıb


Kriminal 14 Noy 2019 10:19:00 339 0

Fransada azərbaycanlı mühacir saxlanılıb

Azərbaycanlı mühacir Rəfail Piriyev Fransada saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, bir neçə il əvvəl Azərbaycandan Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən R.Piriyevin barəsində Berlin Əyalət Məhkəməsinin qərarı ilə deportasiya qərarı çıxarılıb.

R.Piriyev Almaniya Federal Daxili İşlər Nazirliyinin təqdimatı ilə Fransadakı qaçqın düşərgəsində saxlanılıb.