Fransada azərbaycanlı mühacir saxlanılıb


Digərləri 14 Noy 2019 10:11:00 312 0

Fransada azərbaycanlı mühacir saxlanılıb

Fransada azərbaycanlı mühacir Rəfail Priyev saxlanılıb.

Bakı. Azərbaycanlı mühacir Rəfail Priyev Fransada saxlanılıb. Trend xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, bir neçə il əvvəl Azərbaycandan Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən R.Priyevin barəsində Berlin Əyalət Məhkəməsinin qərarı ilə deportasiya qərarı çıxarılıb. R.Priyev Almaniya Federal Daxili İşlər Nazirliyinin təqdimatı ilə Fransadakı qaçqın düşərgəsində saxlanılıb. Azərbaycan vətəndaşının yaxın günlərdə Almaniyaya deportasiya edilməsi gözlənilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin