Bu gün deputatlar Vergi Məcəlləsinə dəyişiklikləri müzakirə edəcəklər


Digərləri 14 Noy 2019 10:17:00 332 0

Bu gün deputatlar Vergi Məcəlləsinə dəyişiklikləri müzakirə edəcəklər

Bu gün Milli Məclisin plenar iclası davam etdiriləcək.

Bakı. Elçin Mehdiyev – Bu gün Milli Məclisin plenar iclası davam etdiriləcək. Trend-in məlumatına görə, deputatlar iclasda Vergi Məcəlləsinə təklif edilən bir çox dəyişiklikləri müzakirə edəcəklər. Milli Məclisin 3 gün - 12, 13 və 14 noyabrda davam edən iclaslarının gündəliyinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında”, “Sosial müavinətlər haqqında” qanun layihələri, o cümlədən Vergi Məcəlləsində dəyişikliklər, Milli Məclisinin 2020-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası daxildir.