“Medopad” adlı startap 25 milyon dollar investisiya qazandı


Digərləri 14 Noy 2019 08:59:00 318 0

“Medopad” adlı startap 25 milyon dollar investisiya qazandı

İntellektə əsaslanan tətbiqetmələr və geyinilə bilən məhsullar ilə istifadəçilərin xəstəliklərinə diaqnoz verməyi hədəfləyən Medopad, Bayer dərman şirkətinin rəhbərliyi ilə 25 milyon dollar sərmayə qazanıb. B seriyalı investisiya turundan sonra şirkətin dəyəri 200 milyon dollardan 300 milyon dollara yüksəlib.

Son.az bizplus.az-a istinadən bildirir ki, İngiltərədə fəaliyyət göstərən təşəbbüs indiyə qədər Tencent, Ping An, Operation GSK China və Johnson & Johnson da daxil olmaqla 15 fərqli şirkət ilə tərəfdaşlıq və layihə sazişləri imzalayıb. Xatırladaq ki, razılaşmalar şirkətə cəmi 141 milyon dollar qazandırıb.

Məlumat toplamaq və həll təmin etmək üçün alqoritmlərin hazırlanması prosesində əczaçılıq şirkətləri və texnologiya tərəfdaşları ilə birlikdə çalışan şirkət, ideyalarını reallığa çevirmək üçün proqram və aparat təkmilləşdirmələrindən istifadə edir. Onu da əlavə edək ki, Tencent-lə olan tərəfdaşlığı sayəsində şirkət süni intellekt mühərrikini hazırlamaq üçün Çinin əhalisindən istifadə edib. Xəstə məlumatlarını icazə alaraq toplandığını, anonimləştirildiyini qeyd edən Medopad, əsl məhsulun məlumatlar deyil, rəqəmsal biomarkerlərin toplanması və işlənməsi üçün istifadə edilən alqoritm olduğunu söyləyib.

(adsgarden = window.adsgarden || []).push({});