“Tiffany” “Louis Vuitton” sahibinin təklif etdiyi 14,5 mlrd. dollara qane olmayıb


Digərləri 14 Noy 2019 08:31:00 282 0

“Tiffany” “Louis Vuitton” sahibinin təklif etdiyi 14,5 mlrd. dollara qane olmayıb

Tiffany & Co şirkəti Fransanın zinət əşyaları satışı ilə məşğul olan LVMH  konserninin hesabladığı 14,5 mlrd. dolları qeyri-kafi hesab edib. Bu barədə mənbələrə istinadən "Reuters" xəbər verir.

Son.az bizplus.az-a istinadən bildirir ki, zinət əşyaları şirkəti potensial alıcısına hazırki 120 dolları hər səhmə görə 140 dollara qədər artırmağı təklif edib. Bu əməliyyatın məbləğini 17 mlrd. dollara kimi artıracaq. Şirkətlərin nümayəndələri agentliyin sorğularını cavabsız qoyublar.

Qeyd edək ki,  Tiffany özünü, dəyəri 17 mlrd. dollardan az olmayan bir şirkət hesab edir. Bu barədə mənbələrdən əldə edilən məlumatda deyilir.

(adsgarden = window.adsgarden || []).push({});