Müxtəlif sahədən olan liderlərin streslə mübarizə yolları


Digərləri 14 Noy 2019 08:35:00 244 0

Müxtəlif sahədən olan liderlərin streslə mübarizə yolları

Analitiklərə görə, amerikalıların demək olar ki, 95%-i işdə stress yaşayır. Beynəlxalq streslə mübarizə həftəsi çərçivəsində Business Insider  Bill Gates, Oprah Winfrey və Michelle Obama kimi müxtəlif sahələrdən olan liderlərin bu vəziyyətdən qurtulmaqla bağlı məsləhətlərini bölüşüb.

Layihələri idarəetmə və birgə fəaliyyət xidməti "Wrike" amerikan şirkətlərinin 1,6 min əməkdaşı arasında sorğu keçirib və müəyyən edib ki, iştirak edənlərin  94% -i işdə stres yaşayır.

Son.az bizplus.az-a istinadən bildirir ki, Busines Insider bəzi informasiya texnologiyaları nəhənglərinin, siyasətçilərin və sənaye liderlərinin məsləhətlərindən ibarət siyahı hazırlayıb:

Bill Gates

Gates,  streslə mübarizə texnikasını öz dostu milyarder Warren Buffett-dən öyrənib. Əsas rahatlıqdır.

Microsoft-un qurucusu deyib: " Buffett-in həqiqətən əhəmiyyətli olanlar üzərində işləməsi, gələcək işlərin əsasını qoyması çox heyrətləndiricidir. O, bir dahidir".

Jeff Bezos

Amazonun baş direktoruna isə streslə mübarizədə nəzarət kömək olur. Onun fikrincə, narahatlığın mənbəyini aradan qaldırmaq üçün heç bir tədbir görülmədiyi hallarda həyəcan olur.

Bezos izah edib: " Stresdə olduğumu görəndə ilk öncə telefonla zəng edir, ismarıc göndərir və ya  problemi həll etməyə başlamaq üçün daha nələrsə edirəm. Hətta dərhal həll edilməsə belə, həll etməyə cəhd faktının özü də artıq stressin səviyyəsini xeyli azaldır".

(adsgarden = window.adsgarden || []).push({});