Yunanıstan vergi güzəştləri vasitəsilə yeni səhmdarlar cəlb edəcək


Digərləri 14 Noy 2019 08:15:00 297 0

Yunanıstan vergi güzəştləri vasitəsilə yeni səhmdarlar cəlb edəcək

Yunanıstan yeni vergi güzəştləri tətbiq edəcək. Bu yolla o, zəngin səhmdarlar cəlb etmək fikrindədir. Güzəştlərə gəlir vergisinin azaldılması, dividendlərə qoyulan verginin iki dəfə azaldılması və xarici gəlirlərə vahid verginin tətbiq edilməsi daxildir.

Bunun zəngin əcnəbilərin ölkəyə axınına  və nəticədə ölkə iqtisadiyyatında səhmlərin artımına yol açacağı gözlənilir.

Son.az bizplus.az-a istinadən bildirir ki, əsas olaraq, korporativ verginin 28%-dən 24%-ə endirilməsi nəzərdə tutulub.  Dividendlərdən gələn gəlirə qoyulan verginin 10%-dən 5%-ə qədər azaldılması gözlənilir. Bundan başqa, hökumət Yunanıstanın vergi rezidenti olmq istəyən səhmdarlar üçün xüsusi poqram istifadəyə verməyi təklif edir.  Onlar xarici gəlirlərə illik 100 000 avro məbləğində vahid vergi ödəyəcəklər. Ailənin hər bir üzvü üçün əlavə ödəniş 20 000 avro olacaq.

Proqram iştirakçıları həm də Yunanıstan hüdudlarından kənardakı aktivlərə varislik vergisindən də azad olunacaqlar.

(adsgarden = window.adsgarden || []).push({});