İbrahimoviç "Los Angeles Galaxy" ilə ayrılır


Digərləri 14 Noy 2019 07:20:00 185 0

İbrahimoviç "Los Angeles Galaxy" ilə ayrılır

ABŞ-ın "Los Angeles Galaxy" futbol klubunun İsveçli hücumçusu Zlatan İbrahimoviç komandadan getdiyini açıqlayıb

Bakı. ABŞ-ın "Los Angeles Galaxy" futbol klubunun İsveçli hücumçusu Zlatan İbrahimoviç komandadan getdiyini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə 38 yaşlı idmançı "İnstagram"da bildirib. Hücumçunun klub ilə müqaviləsi 2019-cu ilin sonunda başa çatır. Z.İbrahimoviç bildirib: "Gəldim, gördüm, qalib oldum. Məni yenidən diri hiss etdirdiyim üçün "Los Angeles Galaxy"yə təşəkkür edirəm".