Günün qoroskopu: Uzun müddət və ciddicəhdlə qurduğunuz planların reallaşması üçün əlverişli məqam yetişdi


Digərləri 14 Noy 2019 00:01:00 305 0

Günün qoroskopu: Uzun müddət və ciddicəhdlə qurduğunuz planların reallaşması üçün əlverişli məqam yetişdi

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Çox əlverişli gündür. Ondan ciddi, vacib və faydalı iş üçün istifadə etmək yaxşı olardı. Dostlarınızdan alacağınız maraqlı informasiya sizi maraqlı fikirlərə sövq edə bilər. Dünyanın o başına və ya yaxınlıqdakı parka getməyinizdən asılı olmayaraq, bu gün planlaşdırılan səfərlər yaxşı keçəcək. Yaradıcılıq potensialı yüksəkdir. Onun layiqincə tətbiqini tapmaq lazımdır. Özünüzü ənənəvi işlər, adi məsələlərin həlli ilə məhdudlaşdırmayın, yeni üfüqlər açın.

Buğa - Çətin gün olacaq. Çətin məsələləri həll etməlisiniz. Özünüz də ehtimal edirsiniz ki, bu məsələlərin doğru cavabı mövcud deyil. Ailə üzvləri ilə mübahisələr mümkündür. Diskussiyaları konstruktiv məcrada saxlamaq, şəxsiyyətə keçməmək heç cür alınmır. Bəzən özünüzü təmkinli və nəzakətli aparmağa çalışsanız da, daha çox emosiyalarınızı büruzə verirsiniz. Dostlarla istirahət ümidlərinizi doğrultmayacaq. Köhnə incikliklər sevdiyiniz şəxslə münasibətlərdə harmoniyaya mane olacaq.

Əkizlər - Bir qədər gözləmək lazımdır: yeni başlanğıclar, cəsur eksperimentlər və yaradıcılıq axtarışları üçün əlverişli vaxt bir qədər sonra başlayacaq. Hələlik isə fikrinizi darıxdırıcı, bununla belə, diqqət tələb edən cari işlərə yönəldin. İstənilən sənədin rəsmiləşdirilməsində, hesabatların hazırlanmasında səliqə lazımdır. İstənilən ehtiyatsızlıq pis hadisələrə yol aça bilər. Yaxınlarınızla dil tapmaq asan olmayacaq: onların susqun narazılığını, sizin plan və ideyalarınızla razılaşmamalarını hiss edəcəksiniz. İndi əsas məsələ incikliklərdən yayınmaqdır. Bütün mübahisəli məsələləri sonra həll etmək mümkün olacaq.

Xərçəng - Bu gün asan olmayacaq. Böyük ümidlər bəslədiyiniz planı həyata keçirmək mümkün olmayacaq. Üstəlik, dərhal həllini tələb edən yeni məsələlər ortaya çıxacaq. Bəzən vəziyyət, demək olar ki, ümidsiz təsir bağışlayacaq. Ümidsizlikdən yalnız təbii nikbinliklə xilas olmaq mümkündür. Nasazlıqlar mümkündür. Özü də əhvalınız güc və enerjiyə ehtiyacınız olduğu vaxtda pisləşəcək. Ciddi fiziki yük, yorucu idman faydalı deyil. Aromaterapiya, spa prosedurları və masaj seansları isə xeyirlidir.

Şir - Uğursuzluqlar vaxtı gəldi. Bu gün işləriniz gətirməyəcək. Bürcün nümayəndələri çətin vəziyyətlərə düşəcək, aşılmaz çətinliklərlə qarşılaşacaqlar. Özü də köməyə heç kim tələsməyəcək. Nədənsə hamıya elə gəlir ki, siz problemlərin öhdəsindən təkbaşına gəlməyə üstünlük verirsiniz. Nə işdə, nə də evdə dərindən nəfəs almaq mümkün olacaq. Yaxınlarınız sizə bütün sualların cavabını bilən adam kimi baxırlar: heç kim sizə şübhələnmək, tərəddüd etmək hüququ vermir. Başqalarının məsuliyyətini öz üzərinizə götürməli olacaqsınız.

Qız - Siz çox şeyə qadirsiniz və maraqlı imkanları əldən buraxmırsınız. Ona görə də gün həddindən artıq məhsuldar olacaq. Danışıqlara çəkinmədən gedin: ünsiyyətdə olacağınız adam nə qədər hörmətli olsa, bir o qədər yaxşıdır.  Bu gün sizin üçün dəyərli olan insanla çox şey barədə danışa bilərsiniz. Yəqin ki, onun sizi nə qədər yaxşı başa düşdüyünü anlayacaqsınız. Həlli mümkün görünməyən bir çox problemlərin öhdəsindən gələcəksiniz.  

(adsgarden = window.adsgarden || []).push({});