Əzələ ağrılarından qurtulmağın yolları


Digərləri 13 Noy 2019 23:36:00 264 0

Əzələ ağrılarından qurtulmağın yolları

Xüsusilə ayaq, bel-kürək bölgəsində müşahidə edilən əzələ ağrıları gündəlik həyatı çətinləşdirir və hərəkəti məhdudlaşdırır. Lakin ev şəraitində də əzələ ağrılarına və iltihaba yaxşı təsir edən təbii müalicə üsulları var.

Son.az medicina.az-a istinadən həmin üsulları təqdim edir.

Buz torbası qoyun

Təsirlənən əzələ bölgəsinə buz torbası qoyun. Bu üsul ağrı və iltihabı azaltmağa kömək olacaq. Buzun verdiyi soyuqluq qan hüceyrələrinə təzyiq edərək, bölgənin qan axımını zəiflədir. Buz parçalarını nazik dəsmalın arasına qoyun. 5 dəqiqə təsirlənən bölgənin üzərində saxlayın. Bu müalicəni ilk 24 saat hər saat başı təkrar edin. Buz parçaları ilə yanaşı, dondurulmuş tərəvəzlər də işə yarayar.   İsti suda saxlayın

Əzələdəki ilk ağrıdan 24 saat keçdikdən sonra isti su ilə müalicə sizi rahatladacaq. İsti su ağrını azaldaraq qan dövranını artırır və yaxşılaşma müddətini sürətləndirir. Bunun üçün bir qabı isti suyla doldurun və bir stəkan iri duzu suya əlavə edib qarışdırın. Bu duz növündəki maqnezium əzələlərin rahatlamasını təmin edəcək. Bədəninizdə ağrıyan bölgəni ən az 20 dəqiqə bu suda saxlayın. İki gündən bir təkrarlayın.   Gilənar yeyin

Aparılan araşdırmalardan biri sübut edib ki, gilənar bir çox antioksidant və iltihabın qarşısını alan birləşmələr ehtiva edir. Bu da əzələ ağrılarını azaldır və  iltihablanmağa imkan vermir. Əzələ ağrılarından qorunmaq üçün hər dəfə məşqdən sonra yarım stəkan gilənar yeyin. Şəkərsiz gilənar suyu da içə bilərsiniz.   Zərdəçal yeyin

Zərdəçal (sarıkök) həm yaxşı ağrıkəsici, həm də iltihabın qarşısını alan güclü bir bitkidir. 1 stəkan südlə 1 çay qaşığı zərdəçal tozunu qarışdırın. Zəif odda isidin və gündə iki dəfə yavaş-yavaş için. Bərabər miqdarda rəndələnmiş limon və zərdəçalı duzla qarışdıraraq sıyıq hazırlayın. Ağrıyan əzələlərə tətbiq edin. 30 dəqiqəyə qədər saxladıqdan sonra ilıq su ilə durulayın. Ağrı gedənə qədər bu müalicəni gündə iki dəfə edin.   Zəncəfil çayı için

Zəncəfil iltihabın qarşısını alan təbii bitkidir. Qan axımını və dövranını nizamlayır. 2010-cu ildə aparılan araşdırmalardan biri sübut edib ki, hər gün çiy və ya emal edilmiş zəncəfil qəbul etmək əzələ ağrılarını azaltmağa kömək olur. Bunun üçün gündəlik 3 stəkan zəncəfil çayı içə bilərsiniz. Zəncəfil kökündən kiçik bir parça kəsin və iki stəkan suda 10 dəqiqə qaynadın. Süzdükdən sonra bir az bal əlavə edin.   Alma sirkəli suda saxlayın

(adsgarden = window.adsgarden || []).push({});