Mədənin dostu Kələm şirəsi


Digərləri 13 Noy 2019 23:03:00 395 0

Mədənin dostu  Kələm şirəsi

Kələm şirəsi çox faydalı, müxtəlif vitaminlər və minerallarla zəngin olan müalicəvi içkidir.

Son.az medicina.az-a istinadən bildirir ki, kələmin tərkibində mədə və 12 barmaq bağırsağı xoralarının sağalmasına kömək edən nadir U vitamini var. Bu səbəbdən kələm şirəsi bu xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər. Lakin burada nəzərə almaq lazımdır ki, kələm şirəsi yalnız mədə şirəsinin turşuluğunun azalması ilə müşayiət olunan xəstəliklər zamanı istifadə oluna bilər. Mədə şirəsinin turşuluğu yüksəkdirsə, kələm şirəsi istifadə olunmur.

Kələm şirəsi orqanizmi ziyanlı maddələrdən çox yaxşı təmizləyir, "pis" xolesterinin səviyyəsini aşağı salır. Kələm şirəsi ən yaxşı detokslardan biridir.

Kələm şirəsi sidikqovucu təsirə malikdir, böyrəkləri, sidik kisəsini və sidik yollarını təmizləyir.

Kələm şirəsinin balla qarışığı öskürək zamanı çox yaxşı kömək edir.

Boğaz ağrısı zamanı kələm şirəsini bir qədər qızdırın və boğazınızı gün ərzində dir neçə dəfə yaxalayın. Bu vasitə iltihabı azaldır.

(adsgarden = window.adsgarden || []).push({});