Ən güclü avtomobil təqdim edildi 2,9 milyon avroyadır FOTO


Digərləri 13 Noy 2019 23:18:00 263 0

Ən güclü avtomobil təqdim edildi  2,9 milyon avroyadır  FOTO

Yaponiyanın "Aspark" kompaniyası Dubayda avtosalonda dünyanın ən güclü avtomobili adına namizəd olan "Owl" elektrik hiperkarını təqdim edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırlanmasına 7 ilə yaxın vaxt sərf edilən hiperkar 1900 kiloqramdır. O, 2040 at gücünda olan dörd elektrik mühərriklə təchiz edilib. Bu göstəricisinə görə "Owl" iyul ayında təqdim edilən 2000 at gücündə olan "Lotus Evija" hiperkarını üstələyir.

Hiperkar 100 km/saat sürəti 1,7, 300 km/saat sürəti isə 10,6 saniyəyə yığır. "Owl"un maksimal sürəti 400 km/saat-dır.

"Aspark" 50 ədəd "Owl" hiperkarı istehsal etmək niyətindədir. Maşınların qiyməti isə 3 milyon avrodan başlayacaq.

(adsgarden = window.adsgarden || []).push({});