Qreta Tunberq İspaniyaya avstraliyalı ailənin katamaranında yollanacaq


Digərləri 13 Noy 2019 23:00:00 292 0

Qreta Tunberq İspaniyaya avstraliyalı ailənin katamaranında yollanacaq

Madriddə dekabrın 2-dən 13-dək BMT-nin COP25 adı ilə tanınan iqlim sammiti keçiriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, isveçli gənc fəal Qreta Tunberq Atlantikanı keçərək İspaniya paytaxtına çatmaqdan ötrü uyğun nəqliyyat tapmaq məqsədilə özünün "Twitter" səhifəsində yardım üçün müraciət edib. 16 yaşlı Qreta özünün şəxsi əqidəsinə görə ekologiyaya təsiri azaltmaqdan üçün hava nəqliyyatından imtina edir.

Katamaranda dünya səyahətinə çıxan və bunu "YouTube" kanalında yayımlayan avstraliyalı cütlük isveçli fəala özünün 15 metrlik gəmisi ilə getməyi təklif edib.

(adsgarden = window.adsgarden || []).push({});