NASA nasist ideologiyası ilə səsləşdiyi üçün asteroidin adını dəyişib


Digərləri 13 Noy 2019 22:10:00 248 0

NASA nasist ideologiyası ilə səsləşdiyi üçün asteroidin adını dəyişib

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) "New Horizons" missiyasının tədqiq etdiyi "2014 MU69" transneptun asteroidinin adını dəyişib. Amerikalılar rəsmi adı "Appokot" olan göy cisminin qeyri-rəsmi "Ultima Tule" köhnə adını nasist ideologiyası ilə səsləşdiyi üçün rədd ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "New Scientist" nəşri məlumat yayıb.

"New Horizons" zondu kosmosa göndərildikdə mütəxəssislər onun hansı məqsəd daşıdığını dəqiq bilmirdilər. İlkin versiyada onun Plutonu və planetin peyki Haronu tədqiq etməsi nəzərdə tutulurdu. Lakin sonradan NASA əlavə hədəflər müəyyən etməli olub. Burada "Hubble" teleskopunun 2014-cü ildə kəşf etdiyi transneptun asteroidi öz rolunu oynayıb. NASA missiyanı məhz ona yönəldib.

Əvvəlcə astronomlar asteroidi "PT1" (potensial hədəf) adlandırıblar. Sonra onu qeyri-rəsmi olaraq antik mifologiyaya görə dünyanın ən sonunda yerləşən adanın şərəfinə "Ultima Tule" adı ilə qeyd ediblər. Lakin 2018-ci ildə "Newsweek" jurnalının reportyoru diqqətə çatdırıb ki, bu ad təkcə qədim yunanlar tərəfindən istifadə olunmayıb. XX əsrdə həmin adanın adı nasist ideologiyasının təbliğinin rəmzlərindən biri olub. Faşistlər "Ultima Tule"ni ari irqinin vətəni kimi qələmə verirdilər. Uzunmüddətli diskussiyalardan sonra NASA asteroidin adını dəyişib. Yeni - "Appokot" adının mənası qədim hindu tayfalarının dilində səma mənasını verir. Pouxatan adlı hindu qəbiləsi isə "New Horizons" zondunun idarəetmə mərkəzinin yerləşdiyi Merilend ştatının ərazisində məskunlaşıb.

(adsgarden = window.adsgarden || []).push({});